“Azkond” Şirkəti 1997-ci ildə yaradılmışdır. Biz sənaye ve mülki təyinatlı binalarda kondisioner, ventilyasiya, istilik, soyutma (HVAC), elektrik təchizatı, su təchizatı, kanalizasiya, yanğınsöndürmə və tüstüsorma sistemlərinin layihələndirilməsi, işlənib hazırlanması, avadanlıqların gətirilməsi, quraşdırılması və istismara verilməsi işlərini yerinə yetiririk.

Bizim sağlamlığımız, gördüyümüz işin səmərəliliyi və rahatlığı həyatımızın əhəmiyyətli hissəsini keçirdiyimiz iş yerinin daxili mikroiqlimindən və ətraf mühitdən xeyli dərəcədə asılıdır. Daxili mikroiqlim havanın kondisionerləşdirilməsi, ventilyasiyası və isidilməsini təmin edən texniki sistemlər vasitəsilə yaradılır. Bu sistemlər mürəkkəb olsalar da çox geniş imkanlara malikdirlər. Azərbaycanda ilk dəfə olaraq bizim firma, “RDZ” italyan firması ilə birlikdə “Biklimaks” panel isitmə və kondisionerləşdirmə sistemlərini (MEP) tətbiq etmişdir. Bu sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, divarlarda və tavanda isti və soyuğu daşıyan borular yerləşdirilir.

Bizim Azərbaycandakı müştərilərimiz arasında apardığımız araşdırma nəticəsində məlum olmuşdur ki, işi yerinə yetirən firmanın seçilməsində həlledici amil ona etibar edilib-edilməməsidir. Biz istəyirik ki, bizim bütün tərəfdaşlarımız və müştərilərimiz daimi olsun. Ona görə də həmişə öz biliklərimizi artırırıq və daim yeni texnologiyaları tətbiq edirik.